İsveç İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb
16.03.2026

İsveç İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb.

Bu barədə İsveçin xarici işlər naziri Maria Stenerqard sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, İranda pisləşən təhlükəsizlik şəraiti fonunda  Xarici İşlər Nazirliyi Tehrandakı səfirlik heyətini köçürməyi qərara alıb.

Qeyd edilib ki, səfirlik Bakıda fəaliyyətini davam edir.

Nazir  İsveç  Xarici  İşlər  Nazirliyinin 2022-ci ildən bəri ölkə vətəndaşlarının İrana səfər etməməsi ilə bağlı müraciətini xatırladıb, İsveç vətəndaşlarını İranı tərk etməyə çağırıb.

visiontv.az