İranda dörd silahlı həbs edilib
30.04.2026

İranın Kürdüstan əyalətində hökumətə müxalif təşkilatın 4 üzvü həbs edilib.

Bu barədə SEPAH-ın Quru Qoşunlarının Həmzə Seyid əl-Şühəda Qərargahı məlumat yayıb.

"Həbs olunanlardan kalaşnikov tüfəngləri, tapança, sursat, döyüş qumbaraları, saxta şəxsiyyət sənədləri və Starlink peyk avadanlığı kimi təhlükəsizlik əleyhinə əşyalar aşkar edilərək müsadirə edilib",- məlumatda bildirilib.

Saxlanılanların kimliyi və hansı təşkilatın üzvü olduqları bildirilməyib.

visiontv.az