İsrail Kəşfiyyatı: İranın yaxın zamanda hücum edəcəyinə dair heç bir əlamət yoxdur
07.11.2024

İsrailin 13-cü kanalı ölkənin hərbi və təhlükəsizlik mənbələrinə əsaslanaraq yazıb ki, İran İslam Respublikasının İsrailə yaxın vaxtlarda hücum edəcəyinə dair heç bir göstərici müşahidə olunmayıb.

Lakin kanalın hərbi müxbiri bildirib ki, İran qısa müddətdə “sıfırdan yüzə” qalxaraq planlaşdırılan hücumu həyata keçirmək gücünə malikdir.

Məlumatda həmçinin qeyd olunur ki, ABŞ-da keçiriləcək prezident seçkiləri Tehranın İsrailə hücum tarixi ilə bağlı əsas amillərdən biridir. Əgər Donald Tramp seçkilərdə qalib gələrsə, hücumun xarakteri “yumşaldıla” bilər. Çünki bu halda İran anlayır ki, İsrailin İrana qarşı daha geniş və güclü hücum imkanları olacaq.

İranın ali rəhbəri, prezident və SEPAH-ın yüksək rütbəli komandirləri son günlərdə İsrailə qarşı üçüncü birbaşa hərbi hücumu vurğulayıblar. Lakin Məsud Pezeşkian bildirib ki, Qəzza və Livan münaqişəsində atəşkəsin əldə olunması İranın hücum üsuluna “təsir” göstərə bilər.

visiontv.az