İsrail hücumunda İrana bağlı 42 silahlı öldürülüb
24.11.2024

İsrail hərbi hava qüvvələrinin Suriyanın Palmira şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 68 nəfərə, yaralıların sayı isə 50 nəfərə çatıb.

Bu barədə Suriya İnsan Haqları Müçahidə Qrupu məlumat yayıb.

Məlumata görə, həlak olanlardan 42-i SEPAH-a bağlı silahlılardır.

Onlardan 22-nin iraqlı, 4-nün Hizbullah üzvü olduğu dəqiqləşdirilsə də, 16 nəfərin mənsubiyyəti barədə məlumat əldə etmək mümkün olmayıb.

visiontv.az