X sosial şəbəkəsi İran rəhbəri Əli Xaməneinin italyan dilində bu sosial şəbəkədəki rəsmi hesabını dondurub.
Bu abrədə X şirkəti məlumat yayıb.
Xaməneinin səhifəsinə müraciət etdikdə “qaydaları pozduğuna görə dondurulub” məzmunlu mesaj görünür.
Mesajın altında sosial şəbəkənin onun qaydalarını pozan hesabları dayandıracağı izah edilir.
Bundan bir müddət əvvəl də Xaməneinin ivrit dilində olan istifadəçi hesabı açıldıqdan bir gün sonra X sosial şəbəkəsindən silinib.
Ondan öncə isə İran rəhbərinin X sosial şəbəkəsində Azərbaycan türkcəsindəki hesabına da məhdudiyyət qoyulmuşdu.
Əli Xaməneinin hesablarının dondurulması, onun sosial mediada zorakılığa və xüsusən İsrailə qarşı terrora çağırışları ilə əlaqəli olub.
Qeyd edək ki, İran rəsmiləri, o cümlədən Əli Xamənei sosial media platformalarına məhdudiyyətlərin tətbiqini dəstəklədikləri halda, özləri həmin platformaların xidmətlərindən istifadə edirlər.
visiontv.az