Fələstinin HƏMAS təşkilatının lideri İsmayıl Haniyyənin İranın paytaxtı Tehrandakı hərbi şəhərcikdə öldürülməsinin bəzi detalları məlum olub.
BAKU.WS xəbər verir ki, İsmayıl Haniyyə mobil telefonundakı "WhatsApp" mesajlaşma şəbəkəsinə yerləşdirilən casus proqramının qurbanı olub.
Belə ki, Haniyyənin olduğu yer məhz "WhatsApp"la müəyyənləşib. HƏMAS liderinin olduğu yer müəyyənləşdikdən sonra onun qaldığı binanın otağına raket atılıb. Raket uzaqdan idarə edilən olduğu üçün pəncərədən içəri daxil olaraq partlayıb.
Visiontv.az