İsfahanda silah daşıyan maşına hücum edilib
15.01.2026

İranın İsfahan şəhərində polisə silah-sursat daşıyan bir avtobusa basqın edilib.

Sosial şəbəkələrdə yayılan videoda hadisənin gecə saatlarında baş verdiyi və avtobusa etirazçılar tərəfindən hücum edildiyi görünür.

Bu basqının etirazçıların silahları ələ keçirilməsi ilə bağlı olduğu ehtimal olunur.

Eyni vaxtda, şəhərin mərkəzi hissəsində keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində iki yük maşını sürücüsü həlak olub.

Qeyd edək ki, İsfahandakı etirazlar artıq üçüncü həftəyə daxil olub və təhlükəsizlik qüvvələri ilə toqquşmalar davam edir.

visiontv.az