İranın Məhkəmə Sistemi xəbərdarlıq etdi: etiraz edənlər cəzalandırılacaq
15.01.2026

İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhseni Ejei etirazlarla bağlı sərt açıqlama verib. O, küçələrdə zorakılıqda ittiham olunan şəxslərin ən qısa müddətdə mühakimə olunmalı və cəzalandırılmalı olduğunu bildirib.

Etirazçıları “iğtişaşçı” adlandıran Ejei çıxışında, sürətli məhkəmə proseslərinin aparılacağını və ağır cəzaların, o cümlədən e*am hökmlərinin gündəmdə ola biləcəyini deyib. "Küçələrdə insanların başını kə*ən və ya ya*dıran şəxslər ən qısa müddətdə mühakimə olunmalı və cəzalandırılmalıdır", - deyə, Ejei iddia edib. 

Onun bu açıqlaması İranda etirazların davam etdiyi bir vaxtda səslənib və hakimiyyətin repressiv xəttini daha da sərtləşdirməyə hazırlaşdığı kimi dəyərləndirilir.

visiontv.az