“Zəhrdaru” Teleqram kanalı vasitəsi ilə Azərbaycana qarşı zəhər saçmaq yolunu tutan sosial media fəalı Rza Şeybani İran prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı açıqlamalarını sərt tənqid edib. O, Pezeşkianı ölkənin etimadını pozmaqda və xəyanətdə günahlandırıb.
Şeybani bununla bağlı, “Telegram” kanalında paylaşım edərək yazıb: “Bu cür bəyanatlar xalqın etimadına xəyanətdir. Açıq dəlillərə görə, ölkəmizə qarşı hərbi əməliyyatlarda İsraillə əməkdaşlıq edən və İran xalqının, o cümlədən azərbaycanlıların qətliamında bu rejimin döyüş maşınına yanacaq verən bir ölkə haqqında məsuliyyətsizcə danışmaq qəbuledilməzdir!”
visiontv.az
Rusiya Mərkəzi Bankı: Avropa İttifaqının onun aktivlərindən istifadə planları qanunsuzdur