İranın Qərbi Azərbaycan əyalətində 4 bal gücündə zəlzələ olub
08.06.2020

İranın Qərbi Azərbaycan əyalətində 4 bal gücündə zəlzələ baş verib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Qərbi Azərbaycan əyalətinin Piranşəhər şəhərinin Gərdəkşanə bölgəsində 6 km dərinlikdə qeydə alınıb.