İranın ölümcül hücumu “müharibə cinayəti”dir
03.04.2026

Gunaz TV-nin məlumatına görə, Amnesty International yeni hesabatında bildirib: “İranın İsraildə yaşayış məntəqəsinə etdiyi raket hücumu heç bir aydın hərbi hədəf daşımayıb və onlarla mülki şəxsin ölümü və yaralanması ilə nəticələnib.”

Hesabata əsasən, bu hücum 1 mart tarixində “Ramat Lahi” məhəlləsində, “Beyt-Şemeş” şəhərində həyata keçirilib və nəticədə ən azı 9 mülki şəxs həlak olub, təxminən 46 nəfər isə yaralanıb.

Amnesty International vurğulayıb: “Bu hücumda istifadə olunan silahın sıx məskunlaşmış mülki ərazilərdə tətbiqi uyğun deyil və bu hadisə müharibə cinayəti kimi araşdırılmalıdır.”

Hesabatda qeyd olunur ki, araşdırmalar təsdiqlənmiş rəqəmsal sübutlara, sosial şəbəkələrdə yayılan materiallara, eləcə də hadisə yerindən toplanmış foto və videolara əsaslanıb və zərbə nöqtəsinin yaxınlığında hərbi hədəfin olmadığı müəyyən edilib.

Bu hüquq müdafiə təşkilatı əlavə edib: “Araşdırmalar göstərir ki, hücum birbaşa mülki əraziləri hədəf alıb.”

Bu hesabat İranın mülki ərazilərə hücumları və insanların həyatını təhlükəyə atması ilə bağlı beynəlxalq diqqəti bir daha artırıb.

visiontv.az