ABŞ-ın müharibə naziri iki yüksək vəzifəli generalı işdən çıxarıb
03.04.2026

ABŞ-ın müharibə naziri Pit Heqset ABŞ Ordusunun Baş Qərargah Rəisindən əlavə daha iki generalı da vəzifəsindən azad edib.

Bu barədə  CNN  anonim  ABŞ rəsmisinə istinadən xəbər verir.

Məlumata görə, onlar  ABŞ Ordusunun Şəxsi Heyətlə İş üzrə rəisi general-mayor Uilyam Qrin və ordunun Təlim və Transformasiya üzrə komandanı general Devid Hodne olub.

Qeyd edək ki, bundan əvvəl  ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefa verdiyi bildirilib.

CNN  Corcun istefa qərarının Heqsetin göstərişi ilə verildiyini bildirib.

visiontv.az