İranın keçmiş XİN başçısı ABŞ bazasına quru hücumu və amerikalıların girov götürülməsinə çağırıb
15.07.2026

İranın keçmiş xarici işlər naziri və hazırda parlamentin üzvü olan Mənuçehr Müttəki regiondakı ABŞ hərbi bazalarından birinə quru hücumu təşkil etməyə və 100 amerikalının girov götürülərək İrana aparılmasına çağırıb.

"Biz regiondakı ABŞ hərbi bazalarına quru hücumu təşkil etməli, onlardan birini ələ keçirməli, minlərlə amerikalı əsgəri əsir götürərək İrana gətirməliyik", – deyə Müttəki televiziya müsahibəsində bildirib.

"Biz quru əməliyyatına başlamalıyıq. Amerikalılar uzun müddət bizi bununla hədələdilər", – deyə o əlavə edib.

visiontv.az