İranda hərbi mərkəzlər vuruldu: Çox sayda ölən və yaralanan var
15.07.2026

ABŞ ordusu İranın Sistan və Bəlucistan əyalətində Zahidanın 88-ci Zirehli Diviziyasının Bəmpur 388-ci Briqada Kazarmasına zərbələr endirib.

Bu haqda İran mediası məlumat yayıb.

İlkin məlumatlara görə, 2 hərbçi həlak olub, yaralanan 50 hərbçi İranşəhrin Xatəm əl-Ənbiya xəstəxanasına köçürülüb və onlardan 7-nin vəziyyətinin ağır olduğu bildirilib.

İran tərəfinin bildirdiyinə görə, hədəf alınan yer ordunun yataqxanasıdır.

Yerli mənbələr ölən və yaralananların göstərilən rəqəmdən daha çox olduğunu deyib, axtarış və xilasetmə işlərinin davam etdiyini qeyd ediblər.

Bununla yanaşı Buşehr əyalətinin Buşehr şəhəri və Cəm rayonu da ağır hava hücumlarına məruz qalıb. Yerli vaxtla saat 4:25-də Cəm hava limanına üç raket zərbəsi endirilib və qısa müddət sonra Çəmran hava bazası da hədəfə alınıb.

Buşehrdə saat 4:38-dən 4:41-dək Xormoc raket bazası, 6-cı Hava Qırıcı Bazası və Bəhməni ərazisinə də zərbələr endirilib. Şahidlər şəhərin müxtəlif yerlərində çox yüksək partlayış səsləri eşitdiklərini, yanğınların baş verdiyini bildiriblər.

visiontv.az