Çabaharda SEPAH-ın bazası dağıdıldı
15.07.2026

Bu gün səhər tezdən ABŞ-ın hərbi hava qüvvələri Sisyan və Bəlucistan əyalətinin Çabahar və Konarək şəhərlərinə çoxsaylı zərbələr endirib.

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, həmin şəhərlərdə zərbələrdən sonra hərbi obyektlərdə artlayışlar baş verib, SEPAH-ın Çabahar şəhərindəki Hərbi Dəniz Qüvvələrinin mühüm hərbi və strateji bazası dağıdılıb.

Məlumata görə, güclü partlayışlardan sonra bölgədə yanğınlar baş verib, hadisə yerinə çox sayda yanğınsöndürən texnika və ambulanlar cəlb edilib.

Yerli mənbələr onlarla SEPAH üzvü və hərbçinin öldüyü və yaralandığı barədə məlumatlar versələr də, bu hələlik rəsmi şəkildə təsdiq olunmayıb.

visiontv.az