İranda siysi məhbusların edam sayı artıb
13.04.2026

Son 10 gün ərzində İranın bir neçə həbsxanasında 10 etirazçı və siyasi məhbus edam edilib.

Bu barədə Beynəlxalq Əfv Təşkilatı məlumat yayıb.

Qısa müddət ərzində 10 müxalifətçinin özbaşına edam edilməsi davam edən ölümcül repressiyaların əlamətidir. Bu şəxslər işgəncə də daxil olmaqla kobud dərəcədə ədalətsiz məhkəmə proseslərindən sonra cəzalandırılıblar",- Əfv Təşkilatının yaydığı bəyanatda bildirilib.

Bəyanatın başqa bir hissəsində 2026-cı ilin yanvar ayında həbs olunduqlarından bir neçə həftə sonra edam cəzasına məhkum edilmiş dörd gənc etirazçının edamından bəhs olunub.

Beynəlxalq Əfv Təşkilatı bu tendensiyanın davam etməsinin oxşar halların artmasına səbəb ola biləcəyini və beynəlxalq ictimaiyyətin təcili diqqətini tələb etdiyini vurğulayıb.

Beynəlxalq qurum xəbərdarlıq edib ki,  edamların davam etməsi başqa siyasi məhbusların da həyatının təhlükədə olduğu barədə narahatlıqları artırıb.

visiontv.az