İranda hər il 40 min nəfər qeyri-təbii hadisələr, o cümlədən, yol qəzaları, boğulma, yanıq, zorakılıq və başqa bu kimi amillər nəticəsində həlak olur.
Bu barədə İran Tibb Sistemi Təşkilatının rəhbəri Məhəmmədrza Rəiszadə məlumat yayıb.
O, bununla yanaşı qeyd olunan hadisələr nəticəsində ildə 390-400 min nəfərin də yaralandığını bildirib.
Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin yaydığı son hesabata görə, ölkədə 1 il ərzində yol qəzalarında 20 min nəfər həlak olub.
İran Yol Polisi İdarəsinin sədr müavini Siyavuş Mühibbi isə hər gün ölkədə baş verən yol qəzalarında 45-50 nəfərin həlak olduğunu və 1000 nəfərin yaralandığını söyləyib.
visiontv.az