İranda orucluq ayına görə 3 iş yeri bağlandı
24.02.2026

İranda orucluq (ramazan) ayının başlaması ilə eyni vaxtda ölkənin müxtəlif bölgələrində iş yerlərinin bağlanması prosesi yenidən başlayıb.

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə,Xəlilabad şəhərində 3 kafe və restoranın fəaliyyəti qadağan edilib.

İş yerlərinin orucluq ayı ilə bağlı qoyulan məhdudiyyətləri pozdulqarına görə bağlandığı bildirilib.

Qeyd edək ki, bu, İran Daxili İşlər Nazirliyinin orucluq ayı qaydaları ilə bağlı iş yerləri və vətəndaşlara xəbərdarlığından sonraya təsadüf edir.

Hər il İranda orucluq ayı qaydaları pozulduğuna görə, çox sayda iş yerinin fəaliyyəti qadağan edilir.

visiontv.az