Xaçmaz rayonunda “Qalib xalqın Qəhrəmanları” adlı tədbir keçirildi
24.02.2026

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” layihəsi həyata keçirir. Layihə çərçivəsində Xaçmaz rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki: “ Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlayıb.

 Layihənin müddəti 3 ayı əhatə edir. Hazırda layihə ilə bağlı ilkin olaraq icra planına uyğun təşkilatı işlər görülür. Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazmış Vətən müharibəsi qəhrəmanların tanıdılması, onların göstərdiyi şücaətin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik duyğularının gücləndirilməsidir. Eyni zamanda, bu layihə şəhid və qazilərin ailələrinə mənəvi dəstək göstərməyi və ictimai yaddaşda onların rolunun qorunub saxlanmasını hədəfləyir.” Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taryel Didarov, Xaçmaz rayon üzrə Gənclər və İdman sektorunun müdiri Elman Məmmədov, Vətən müharibəsi iştirakçısı Şahin Tahirov bildirdilər ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gənclər Mərkəzinin həyata keçirdiyi “Qalib xalqın Qəhrəmanları” layihəsi Azərbaycan xalqının Vətən müharibəsində (İkinci Qarabağ müharibəsində) göstərdiyi qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin şücaətini cəmiyyətə tanıtmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə hazırlanmışdır. Layihə çərçivəsində və sonrakı dövrlərdə iştirakçılar tərəfindən qəhrəmanlıq göstərmiş şəxslərin həyat yolu, döyüşdəki fəaliyyətləri və xalq arasında yaratdıqları mənəvi irs geniş şəkildə işıqlandırılacaq və təbliğ olunacaqdır. Tədbir iştirakşılarına bukletlər, yazılı köynəklər və sertifikatlar verildi.

visiontv.az