İranda öldürülən bəlucların statistikası açıqlandı
14.01.2026

2025-ci ildə İranın Sistan və Bəlucistan əyalətində 5-i qadın və ikisi uşaq olmaqla 81 etnik bəluc hökumət qüvvələrinin atəşi nəticəsində həlak olub.

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Həmin müddət ərzində 16-ı qadın və 3-ü uşaq olmaqla 61 nəfər yaralanıb. 

Bununla yanaşı 7 nəfər minaya düşərək həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

visiontv.az