İranda baş verənlər neftin qiymətinə təsir edir
14.01.2026

Yanvarın 13-də neftin qiyməti bir qədər yüksəlib. Bu, İranla bağlı narahatlıqlar fonunda baş verir.

"Brent" markalı füçerslər 0.4 faiz artaraq bir barel üçün 64.15 dollara çatıb.

ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı xam nefti isə 0.5 faiz bahalaşaraq 59.78 dollar olub.

İran OPEC-in ən böyük istehsalçılarından biridir. Ölkədə son illərin ən böyük antihökumət etirazları gedir. ABŞ prezidenti Donald Tramp etirazçılara qarşı zorakılıq baş verərsə, mümkün hərbi addımlarla hədələyib.

Etirazlarda ölənlərin sayı isə yüzlərlədir.

"Reuters" ABŞ rəsmisinə istinadla yazır ki, Tramp bu gün – yanvarın 13-də İranla bağlı variantların müzakirəsi üçün yüksəksəviyyəli məsləhətçilərlə görüşməlidir.

Bu arada bazarlara əlavə xam neftin daxil olacağı gözləntiləri də var. Bu, Venesueladan neftin ixracı ilə bağlıdır. Ölkə lideri Nikolas Maduro ələ keçiriləndən sonra Tramp bildirib ki, Karakas ABŞ-yə Qərbin sanksiyaları altında olan 50 milyon barelə qədər neft təhvil verməyə hazırlaşır.

visiontv.az