İranda minlərlə villaya qaz verilişi dayandırıldı
18.11.2026

İranda qaz çatşmazlığı ilə eyni vaxtda ölkənin müxtəlif bölgələrində 9700 yüksək istehlaklı villaya qazın verilişi dayandırılıb.

Bu haqda İran Milli Qaz Şirkəti məlumat yayıb.

Bundan əvvəl isə həddindən artıq istehlak və elan edilmiş təlimatlara əməl edilməməsi səbəbindən Təhsil Nazirliyinin və 11 dövlət və ictimai qurumun qaz təchizatı kəsilmişdi.

visiontv.az