İranda məcburi hicab qaydaları yenidən gündəmə gəldi
05.12.2025

İranda hicabın vəziyyəti ilə bağlı Kəşfiyyat Nazirliyinin hesabatı təyin olunmuş vaxtda dövlət başçısı Məsud Pezeşkiana və İslam Respublikasının lideri Əli Xaməneiyə təqdim edilib və bununlada hicab sahəsində mütəşəkkil tendensiyaların qarşısını almaq qərara alınıb.

Bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.

Mühacirani dekabrın 2-də keçirdiyi mətbuat konfransında, Kəşfiyyat Nazirliyinin məcburi hicabla bağlı son hesabatının Xaməneidən əvvəl Pezeşkiana niyə təqdim edilməməsi ilə bağlı sualına cavab verib

“Bu hesabat hər ikisinə müəyyən bir vaxtda çatdırılıb”.

Bununla eyni vaxtda ran parlamentinin 155 millət vəili məcburi hicab qaydalarının sərtləşdirilməsi və "İffət və Hicab Mədəniyyətinin Təşviqi" haqqında qanunun icrasının tətbiqi tələbə ilə ölkənin məhkəmə sistemnin başçısı Qulamhüseyn Möhsüni Ejeiyə məktub yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İran Kəşfiyyat və Təhlüksizlik nazirliyi ölkədə hicabın vəziyyəti ilə bağlı hesabatı Əli Xaməneiyə təqdim etdikdən sonra, İran rəhbəri bunu "şok edici" adlandırıb və əlaqədar dövlət qurumlarına məsələ ilə məşğul olmağı tapışırıb.

Təhlükəsizlik və Kəşfiyyat nazirliyinin Əli xaməneiyə hesabatı və Xaməneinin bunu şok adlandırmasından sonra, Məsud Pezeşkian da hicabla bağlı son çıxışında fərqli mövqe nümayiş etdirib.

Prezident, məcburi hicab qaydalarının pozulmasını "bədəni sərgiləmək və çılpaqlıq" adlandırıb, hicabın "yaradıcılıq, qabiliyyət, bilik və dürüstlük simvolu" kimi təqdim edilməsini tövsiyə edib.

visiontv.az