Bu gün səhər saatlarında İranda İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirli bilinən iki nəfər edam edilib.
Bu barədə İran məhkəmə sisteminin "Mizan" saytı məlumat yayıb.
İddiaya görə, Məhəmməd Məsumşahi və Hamed Vəlidi adlı məhkumlar "Mossad"la əlaqəli geniş casus şəbəkəsinin iştirakçısı olublar və İran xüsusi xidmət orqanlarının versiyasına görə, İslam Respublikasının ərazisində təxribatlar həyata keçirməyi planlaşdırıblar.
Bununla yanaşı onlar "milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əməkdaşlıq etmək", "milli təhlükəsizliyi pozmaq məqsədi ilə cinayətkar terrorçu qruplaşmaya üzv olmaq" və "hökumətə qarşı təbliğat fəaliyyəti"ndə ittiham olunurdular.
visiontv.az