Şirazın İnqilab Məhkəməsi yanvar etirazlarında həbs edilən 3 nəfər barədə edam hökmü verib.
Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumata görə, Məcid Nəsiri, Şəhab Dadxah və hələlik kimliyi açıqlanmayan başqa məhkum, bir polis üzvünü öldürməkdə günahlandırılıblar.
Bununla yanaşı 2024-cü ildə həbs edilən Mənuçöhr Vəfayi və Nəvid Nəqdi adlı şəxslər də iki "Bəsic" üzvü öldürdüklərinə görə edam cəzasına məhkum ediliblər.
visiontv.az