Yanvarın 8-də İranda etiraz aksiyaları zamanı daha bir gəncin ö/lümü qeydə alınıb. İsfahan sakini olan “Sepahan” futbol klubunun gənclər komandasının 19 yaşlı üzvü Məsih Şahverdi təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.
Yaxınlarının sözlərinə görə, gənc futbolçu küçədə baş verən qarşıdurma zamanı birbaşa atəşə tutulub və sağ böyrəyindən g\üllə yarası alıb. Şahverdinin ağır daxili qanaxma keçirdiyi bildirilsə də, bölgədə gücləndirilmiş təhlükəsizlik rejimi səbəbindən onu dərhal xəstəxanaya çatdırmaq mümkün olmayıb.
Dostları yaralı gənci bir neçə saat sonra piyada evə aparmağa məcbur qalıblar. Məsih Şahverdi yanvarın 9-u gecə saatlarında qardaşının qucağında vəfat edib.
Ailəsi bildirir ki, hərbi xidmətinin bitməsinə cəmi iki ay qalmışdı və yaxınları onun normal həyata qayıdacağı günü gözləyirdi.
visiontv.az