2022-ci ilin sentyabr ayında başlayan ümumi etiraz aksiyalarında həbs edilən Tehranın İncəsənət Universitetinin qız tələbəsi Pərniyan Deliri gizli şəkildə edam edilib.
Bu barədə jurnalist və ictimai fəal Dilbər Təvəkküli məlumat yayıb.
Onun sözlərinə görə, Pərniyan Deliri 3 həftə əvvəl edam edilib və ailəsinə xəbəri ictimailəşdirməmək üçün təzyiq göstərilib.
"Tehranın Fələstin meydanında ümumi etiraz aksiyasında həbs edilən Pərniyan Delirinin edamından qısa müddət sonra anası da dünyasını dəyişib",- Dilbər Təvəkküli bildirib.
Qeyd edək ki, İran Məhkəmə Sistemi və rəsmi dövlət mediası tələbə qızın edamı barədə məlumat verməyib.
visiontv.az