İranda daha bir jurnalistə qarşı cinayət işi açıldı
13.10.2025

İran məhkəməsi "Xəbər fori" media qurumunun rəhbəri və İran televizyasının keçmiş aparıcısı Zəhra Haşimi Sadat Tehran Prokurorluğuna çağırılıb və barəsində cinayət işi açıb.

Bu haqda İran Məhkəmə Sisteminin "Mizan" saytı məlumat yayıb.

Məlumata görə, jurnalist, 2021-ci ildə İbrahim Rəisinin seçki qabağı təbliğatı zamanı İran televizyasının seçkilərlə bağlı tərəfli mövqeyi barədə fikirlər səsləndirdiyinə görə təzyiqlərlə üzləşib. 

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra mediaya qarşı təzyiqlər artıb və 150 jurnalist işdən qovulub.

Azad İnformasiya Axınını Müdafiə Təşkilatının son hesabatına əsasən cari ilin ilk yarısında İranda 46 jurnalist və media qurumuna qarşı cinayət işi açılıb.

visiontv.az