İranda 12 məhbus edam edildi
04.12.2024

Son iki gün ərzində İranın Məşhəd, Kərəc, Yəzd, Lakan və Zahidan şəhərlərinin həbsxanalarında 12 məhbusun edam hökmü icra olunub.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, edam edilənlərin 9-u nrkotik maddələrin alveri, 3-ü isə adam öldürməkdə günahlandırılıb.

Bununla da cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 850-i keçib.

Qeyd edək ki, son bir neçə gün ərzində Beynəlxalq Əfv Təşkilatı, BMT-nin İnsan Hüquqları Şurası və  Avropa Parlamenti İran hökumətindən edamların dayandırılmasını tələb ediblər.

Buna baxmayaaq, İran həbsxanalarında bu cəza növünün tətbiqi dahada artıb.

visiontv.az