İrana bağlı hakerlər İsrail məhkəmə və polis arxivlərinə sızdığını iddia edir
27.10.2026

İranla əlaqəli “Handala” haker qrupu İsrailin məhkəmə və polis qurumlarına məxsus məxfi arxivlərə çıxış əldə etdiyini iddia edib.

Qrupun açıqlamasına görə, İsrailin informasiya texnologiyaları şirkəti “Malam Team” tərəfindən idarə olunan “Etype” platformasına sızmaya məruz qalıb. “Handala” əldə etdiyi məlumatların İsrailin məhkəmə və polis sistemlərinə aid olduğunu bildirib.

Qrup bəyanatında İsrailin baş naziri Benyamin Netanyahunu hədəfə alaraq, onun seçkiqabağı tədbirlər və təhlükəsizliklə bağlı vədlərlə məşğul olduğu bir vaxtda İsrailin təhlükəsizlik aparatına zərbə endirdiyini açıqlayıb.

visiontv.az