İran XİN: Ukraynanın cavabdehliyə cəlb olunması üçün lazım olan bütün addımlar atılacaq
03.08.2026

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Ukrayna tərəfindən İran gəmisinin hədəfə alınması ilə bağlı məsələyə münasibət bildirib.

Bəqai deyib ki, Ukrayna rəsmiləri həm İranın xarici işlər naziri  Abbas Əraqçi ilə birbaşa təmaslarda, həm də göndərdikləri mesajlarda bu hadisənin qəsdən törədilmədiyini bildiriblər. 

Bununla yanaşı, o qeyd edib ki, Ukrayna prezidentinin açıqlamaları hücumun məqsədli şəkildə həyata keçirildiyini göstərir.

İran  XİN  sözçüsü vurğulayıb ki, Ukraynanın cavabdehliyə cəlb olunması və gələcəkdə bu cür halların təkrarlanmaması üçün zəruri olan bütün tədbirlər görüləcək.

visiontv.az