İran vətəndaşı kinoteatr yandırmaq istədi: Almaniya polisi isə onu güllələdi
14.10.2024

Almaniya polisi Krefeld şəhərində kinoteatrı yandırmağa çalışan iranlıya atəş açaraq onu yaraladıqdan sonra həbs edib.

Bu barədə Almaniya mediası məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs 38 yaşlı İran vətəndaşıdır və polis onun əməlinin terror aktı olmasına dair məsələni araşdırır.

İranlının kimliyi barədə açıqlama verilməyib.

visiontv.az