İranın energetika nazirinin müavini Mustafa Rəcəbli Məşhədi “İLNA” xəbər agentliyinə deyib: “Neft-kimya müəssisələrinin ehtiyaclarını təmin etmək üçün Türkiyədən 450 meqavat elektrik enerjisi idxal edəcəyik. Bütün koordinasiya işləri aparılıb və Türkiyə tərəfi də elektrik enerjisinin İrana ötürülməsinə hazırdır.”
O əlavə edib: “Hər il Türkmənistan və Ermənistandan da İrana təxminən 500 meqavat elektrik enerjisi idxal olunur.”
İranın energetika nazirinin müavini bildirib: “Türkiyədən neft-kimya şirkətləri üçün elektrik enerjisi idxalı ilə bağlı müqavilələr hazırlanıb. Hazırda prosesin icrası bu şirkətlərin fəaliyyətə başlamasını gözləyir. Yəni neft-kimya şirkətləri idxal olunan elektrik enerjisini almaq üçün lazımi addımları atmalıdırlar.”
visiontv.az