İran səfiri XİN-ə çağırılıb, Tehrana nota veriləcək
05.03.2026

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.

Visiontv.az  APA -ya istinadən  xəbər verir ki, bu barədə  Azərbaycan  Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək", - bəyanatda vurğulanıb.

visiontv.az