Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani İrəvan Dövlət Universitetində "Şanxay ruhunu təşviq etmək: ŞƏT fəaliyyətdə" mövzusunda keçirilən seminarda bildirib.
"İran həm Ermənistan, həm də Azərbaycanla təmasdadır və sərhəddə sabitlik və sülhün tərəfdarıdır. Bu müzakirələr zamanı tərəfləri sülh sazişinin imzalanması istiqamətində hərəkət etməyə çağırırıq. İran hesab edir ki, gərginliyə səbəb olacaq istənilən addımdan çəkinmək lazımdır", - o qeyd edib.
Səfirin sözlərinə görə, İran hakimiyyəti sülhə nail olmaq üçün tərəflərin təklif etdiyi istənilən formatı dəstəkləməyə hazırdır.
"Düşünürəm ki, bu baxımdan "3+3" yaxşı regional formatdır və ondan istifadə edərək sülh sazişinə doğru irəliləmək olar", - M. Sobhani bildirib.
visiontv.az