Azərbaycanda yeni sığorta xidməti təklif olunur: Faydalanmaq istəyənlər şərtlərlə diqqətlə tanış olsun
Azərbaycanda yeni sığorta xidməti təklif olunur: Faydalanmaq istəyənlər şərtlərlə diqqətlə tanış olsun
15.04.2025 Elvin ABBASOV Tərəfindən

Azərbaycanda rəqəmsal təhlükələrə qarşı yeni sığorta xidməti təklif olunur. Phishing və Skimming kimi kiberdələduzluq hallarına qarşı özünüzü sığortalaya bilərsiniz

Azərbaycanda fişinq və skimming kimi kiberdələduzluq halları artmaqda davam edir. Bu risklərə qarşı kart sahiblərinə könüllü sığorta xidməti təklif olunur. Xidmət, kart məlumatlarının oğurlanması nəticəsində yaranan maddi zərərlərin 1000 AZN-dək kompensasiya olunmasını nəzərdə tutur və kartın istifadə müddəti ərzində qüvvədə qalır.

Lakin bu sığorta növündən faydalanmaq istəyən şəxslər, təqdim olunan şərtlərlə diqqətlə tanış olmalıdır. Məsələn, 3D Secure funksiyası deaktiv olarsa, fırıldaqçılıq nəticəsində yaranan zərər qarşılanmır. Bu baxımdan, təşəbbüs təqdirəlayiq olsa da, istifadəçilərin rəqəmsal təhlükəsizlik qaydalarına ciddi əməl etməsi vacibdir.

AİKTSA sədri Elvin Abbasov

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8