"Ermənistan sərhəddə atəşkəsi pozmaqla bir yerə çata bilməz"
15.04.2025

“Ermənistanın ağlını başına toplaması lazımdır. İlk iş budur”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Tək Vətən” hərəkatı ilə Qarabağda Zəfər qazanılıb və işğal edilmiş torpaqlar öz azadlığına qovuşub: “Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ermənistan ən qısa zamanda bu gerçəkləri qəbul etməlidir və Azərbaycanın uzatdığı barış əlini tutmalıdır. Tez zamanda sülh sazişi imzalanmalıdır. Bölgəyə tezliklə sülh gəlməlidir. Məqsədimiz budur. Ermənistan tərəfindən Azərbaycan sərhədlərində atəşkəsin pozulması halları boş səylərdir. Bununla bir yerə çatmaq olmaz”.



Gündəlik

slide 7 to 10 of 8