İran raket potensialını bərpa etmək üçün Şimali Koreyadan kömək istəyib
28.11.2026

Şimali Koreyanın İranın yeraltı “raket şəhərləri”ndə yerləşdirilən raket buraxılış qurğularının hazırlanmasına kömək etdiyi açıqlanıb.

“Erem News” nəşrinin yaydığı məlumata görə, İran hücum imkanlarını bərpa etmək və möhkəmləndirilmiş yeraltı raket bazalarının potensialını artırmaq məqsədilə Şimali Koreyanın təcrübəsindən yararlanır.

Şimali Koreya mütəxəssisləri iranlı texniki heyətlə əməkdaşlıq edərək raket buraxılış qurğularının hazırlanması üçün müəyyən modifikasiyaların işlənib hazırlanmasında iştirak ediblər.

Nəşr qeyd edir ki, İran raket proqramının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərə hələ tam nail ola bilməyib. Buna əsas səbəb qabaqcıl raket buraxılış platformalarının istehsalında yaranan çətinliklərdir.

Qeyd olunub ki, İran fevral ayında baş vermiş hərbi toqquşmalar zamanı məhv edilən raket buraxılış qurğularının təxminən 40 faizini bərpa edə bilib.

visiontv.az