İran prezidenti Məsud Pezeşkian parlament məsələri üzrə köməkçisi Şəhram Dəbirini vəzifəsindən qovub.
Pezeşkian Şəhram Dəbirinin işdən çıxarılması ilə bağlı verdiyi sərəncamda yazıb:
“Novruz bayramında Argentinada istirahət səfərində olmağınız təsdiqləndi. Möminlərdən nümunə götürməklə fəxr edən hökumətdə, xalqa qarşı iqtisadi təzyiqlərin yüksək olduğu və məhrumiyyətlərin çox olduğu bir şəraitdə məmurların, hətta şəxsi hesabına belə bahalı istirahət səfərləri müdafiə oluna və əsaslandırıla bilməz”.
Qeyd edək ki, daha öncə Şəhram Dəbirinin Argentinaya səfəri ilə bağlı məlumat və görüntülərin paylaşılması vətəndaşların etirazına səbəb olub.
visiontv.az
BTQ-nin rəmzi hədiyyəsi Fransa həbsxanasında saxlanılan kanakların liderinə təqdim edilib