İran müharibəsində çoxlu sayda insan ölüb: Qalibaf isə ermənini önə çıxardıb
07.04.2026

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ–İsrail–İran qarşıdurması zamanı öldürülən erməni Hovhannes Simonyanla bağlı paylaşım edib.

Qalibaf “X” hesabındakı paylaşımında xristianları Pasxa bayramında Simonianın ruhu üçün dua etməyə çağırıb. Onun sözlərinə görə, ötən həftə Culfa bölgəsindəki Müqəddəs Məryəm kilsəsində müharibə zamanı həlak olan ilk İran xristianı kimi təqdim edilən Hovhannes Simonyan üçün təntənəli dəfn mərasimi keçirilib.

Qalibaf bildirib ki, Simonyan bir həftə əvvəl İsrail qüvvələrinin İsfahanda mülki ərazilərə endirdiyi “vəhşicəsinə bombardman” nəticəsində həyatını itirib.

“Pasxa bayramında sizdən bu şəhidin ruhunun dincliyi üçün dua etməyinizi xahiş edirəm. Qoy onun nəcib ruhu İsa Məsihin sevgi dolu qollarında əbədi rahatlıq tapsın. Simonyanın fədakarlığı bütün iranlıların vətəni müdafiə etməkdə birliyinin simvoludur”, - deyə, Qalibaf vurğulayıb.

Bir mətn şəkili ola bilər

visiontv.az