İran İsraillə eyni sərgidə işrirak edir
21.11.2024

Vyetnamın paytaxtı Hanoyda keçirilən silah sərgisində İran, İsrail, Çin, Rusiya və ABŞ şirkətləri öz hərbi texnikalarını nümayiş etdirirlər.

Bu barədə Vyetnamın Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, İranın İsraillə eyni vaxtda və eyni yerdə öz məhsullarını sərgidə nümayiş etdirdiyi nadir hallardan biridir.

Bu həm də, İsrail və İranın son aylarda bir-birinə qarşı hücumlar həyata keçirdikləri bir vaxta təsadüf edir.

Qeyd edək ki, bir neçə gün əvvəl İsrail nümayəndələrinin də iştirak edəcəyinə görə, İran Prezidenti Məsud Pezeşkianın Bakıda keçirilən COP29 rədbirində iştirak üçün nəzərdə tutulan səfəri ləğv edilib.

Bununla yanaşı İran mediası və bir sıra rəsmiləri İsrail nümayəndə heyətinin Azərbaycana səfəri barədəki xəbərlərə görə rəsmi Bakını sərt tənqid ediblər.

Xatırladaq ki, İsrail Prezidenti İshaq Hersoqun noyabrın 19-da Azərbaycan Respublikasına nəzərdə tutulan səfəri Türkiyə hava məkanını açmadığı üçün ləğv edilib.

visiontv.az