23 yaşlı Təbrizli fotoqraf və videooperator Asal Şakeri 2026-cı il yanvarın 9-da şəhərdə keçirilən xalq etirazları zamanı hökumətin repressiv qüvvələrinin birbaşa atəşi nəticəsində həyatını itirib.
Yerli məlumatlara görə, güllə onun qarın nahiyəsinə dəyib və ölümünə səbəb olub.
Ailəyə yaxın mənbələrin bildirdiyinə görə, Asalın cənazəsi 12 gün sonra ciddi təzyiq və məhdudiyyətlər altında ailəsinə təhvil verilib. Bu hadisə xalq arasında və insan hüquqları fəalları arasında geniş reaksiyalara yol açıb.
Asal Şakeri daha əvvəl xərçəng xəstəliyinə qalib gəlmişdi, lakin sonda İran hökumətinin qüvvələrinin həyata keçirdiyi bu amansız repressiya onun həyatına son qoydu. Bu fakt, hökumətin xərçəngdən belə daha dağıdıcı olduğunu göstərir.
visiontv.az