İran ABŞ-la danışıqların Omanda keçirilməsini istəyir
04.02.2026

İran ABŞ-la danışıqların formatını ikitərəfli etməyi və görüşlərin keçirildiyi məkanı Türkiyədən Omana köçürməyi planlaşdırır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

“İranlılar danışıqların İstanbuldan Omana köçürülməsini istəyirlər. Onlar həmçinin görüşlərin yalnız ABŞ-la ikitərəfli formatda keçirilməsində israrlıdır. Onlar bir sıra ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində iştirakını istəmirlər”, – deyə portal qeyd edib.