İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11.06.2026

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ölkəyə son hücumlarını pisləyərək, bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız etdiyini bildirib.

 İran  XİN-in bəyanatında deyilir ki, ABŞ-ın hücumları faktiki olaraq 8 aprel atəşkəsini qüvvədən salıb və bunun doğura biləcəyi təhlükəli nəticələrə görə məsuliyyət  ABŞ-ın üzərindədir.

Bəyanatda bildirilib ki, ABŞ-ın hücumları BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Bəyanatda həmçinin vurğulanıb ki, region ölkələri  ABŞ-ın İran əleyhinə hücumlar üçün öz ərazilərindən istifadə etməsinə imkan verməməlidir.

“İran hücumun mənbəyini zərərsizləşdirmək və özünümüdafiə hüququnu özündə saxlayır”, - bəyanatda deyilir.

İran XİN BMT üzvlərini, xüsusilə Təhlükəsizlik Şurası və Baş katibi  ABŞ-la İsrailin addımları qarşısında açıq mövqe bildirməyə, susqunluq və qeyri-müəyyənlikdən çəkinməyə çağırıb.

visiontv.az