Aşağıdakı görüntü Gürcüstan ərazisi sayılan Azərbaycanın Qızılhacılı kəndindən çəkilmiş bir görüntüdür. Burada bir uşağın timsalında İran–fars rejiminin ideoloji təsir və simvolik yönləndirməsinin vizual görüntüsünü görürsünüz.

Uşağın başına bağlanmış qırmızı sarığa diqqətlə baxın: onun üzərində “Xamenei” adının yazılması, eləcə də yanında İranın neft-kimya sektoruna aid şirkət loqosunun yer alması müşahidə olunur.
Bu tip görüntülər İran rejiminin regional siyasətində ideoloji təsirin yayılması, dini-siyasi simvolların insanların gündəlik həyatının müxtəlif sahələrinə girməsi siyasətinin açıq örnəyidi.
Yəni Sepah və onun xarici qolu olan terrorçu Qüds qoşunu bu proseslərin ilkin mərhələsi olan sosial və ideoloji təbliğat sürəclərini bu formada aparır.
Sepah bu prosesdə iqtisadi resurslarını müxtəlif sektorlardan, o cümlədən neft sənayesi strukturlarından təmin edir. Beləliklə əldə etdiyi maddi resursları yetişdirdiyi dini çevrələr vasitəsilə insanların dini və mənəvi duyğularına təsir göstərən fəaliyyətlərə yönəldir.
Bu mərhələdə əsas məqsəd cəmiyyət daxilində fars-şiə modeli ideoloji xəttin möhkəmləndirilməsinə şərait yaratmaqdır.
Bu isə gələcəkdə həmin regionlarda gərgin proseslərin indidən formalaşdırılmasına şərait yaratmaqdır. Bunu anlamayanlar isə çox vaxt bu kimi görüntüləri günahsız azyaşlı uşqaların simasina baxaraq görmürlər.
Sadiq İsabəyli
visiontv.az