İnternet kəsintisi İran iqtisadiyyatına saatda 1,56 milyon dollar ziyan vurur
08.02.2026

İnternet azadlığı üzrə analitiklərin bildirdiyinə görə, İranda dövlət tərəfindən tətbiq edilən genişmiqyaslı internet kəsintiləri və sərt filtrasiya ölkə iqtisadiyyatına saatda təxminən 1,56 milyon dollar, gündə isə 37 milyon dollardan çox ziyan vurur. Bu məhdudiyyətlər yanvar ayının əvvəlindən etirazlarla paralel olaraq başlayıb və hələ də ciddi təsirini saxlayır.

Araşdırmaçı Saymon Miqlianonun sözlərinə görə, tam internet blokadası indiyədək 780 milyon dollardan çox itkiyə səbəb olub və təkcə 2025-ci ildə İran iqtisadiyyatından ən azı 215 milyon dollar çıxıb. Eyni zamanda VPN-lərə tələbat 579 faiz artıb ki, bu da vətəndaşların sərbəst internetə çıxışının demək olar ki, mümkün olmadığını göstərir. İnternet qismən bərpa olunsa da, hələ də ciddi senzura və qeyri-sabitlik hökm sürür.

visiontv.az