İnformasiya çoxluğu daha yaxşı qərarların verilməsinə səbəb olmur
14.01.2025

"Sübut edilmişdir ki, informasiya çoxluğu daha yaxşı qərarların verilməsinə səbəb olmur. Məsələn, intuisiya əldə edilən informasiyanın fövqünə çıxır və özü öz məntiqinə tabe olur. Getdikcə artan, hətta həddini aşan informasiya bolluğu bizim yüksək səviyyəli mühakimə qabiliyyətimizi zəiflədir.

Bir çox hallarda bilgi və məlumat çatışmazlığı bizi daha çoxunu əldə etməyə sövq edir. Baş qoşmamağın və unutmağın neqativliyinin yaradıcılığa yol açması heç də nadir rastlanan bir hal deyildir.

Şəffaflıq cəmiyyətində nə informasiya axışında, nə də görüntüdə boşluqlara dözümlülük yoxdur. Amma həm düşüncənin, həm də ilhamın boşluq (ara məsafəsi) ehtiyacı var. Üstəlik, alman dilində "xoşbəxtlik" (Glück) sözü "boşluq" (Lücke) sözündən gəlir. Bu söz orta əsr almancasında "gelücke" şəklindəydi.

Başqa sözlə desək, boşluğun neqativliyinə yer verməyən cəmiyyət, xoşbəxtliyi özündə ehtiva etməyən cəmiyyət olacaq. Görüntüdə heç bir boşluq (ara məsafəsi) qoymayan sevgi pornoqrafiyadır. Bilgidə boşluq saxlamayan düşüncə korşalır və hesablamaya çevrilir".

Aqşin Yenisey

visiontv.az