Zəncan və Xuzistan əyalətlərində elan edilmədən çörək səhmiyyələndirilib (kvota tətbiq olunub) və insanlar çörək sexlərinə axın edirlər.
Bu haqda İranın "Keyhan" qəzeti məlumat yayıb.
"Hər nəfər üçün aylıq kvota hökumət tərəfindən 2300 tümən məbləğində və təxminən səkkiz kiloqram un təyin edilib. Bu limitdən artıq alış-verişlər 12650 tümən məbləğində sərbəst məzənnə ilə hesablanır və artıq pul hökumət hesabına köçürülür",- məlumatda bildirilib.
Bundan əvvəl bir sıra sosial media səhifələri bir neçə şəhərdə çörək rasionunun tətbiq edildiyi barədə məlumat yaymışdı. Onların sözlərinə görə, adambaşına gün ərzində iki-iki yarım çörək (lavaş) nəzərdə tutulub və bundan çox alışın qiyməti bir neçə dəfə baha hesablanır.
visiontv.az