IDF İranın ballistik raketlər üçün material istehsal edən azsaylı zavodlarından birini bombalayıb
07.04.2026

İsrail Müdafiə Qüvvələri (IDF) İranda daha bir neft-kimya müəssisəsini bombalayıb.

Bu barədə IDF məlumat yayıb.

IDF-in məlumatına görə, Şiraz bölgəsində vurulan müəssisə İranda partlayıcı maddələr və ballistik raket materialları üçün vacib kimyəvi komponentlər istehsal edən azsaylı komplekslərdən biri olub.

Bildirilib ki, İsrail  Müdafiə  Qüvvələri müəssisəni bombalamaqla “rejimin hərbi imkanlarına dəyən ziyanı daha da artırıb”.

visiontv.az