“Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı” təsdiqlənib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sisteminə aşağıdakı məlumatlar ötürülür: